Film səhnəsi deyil, ölkə dondu: Evlər işıqsız qaldı, uçuşlar təxirə salındı, ölənlərin sayı artır

ABŞ-ın bəzi ştatlarında qış şəraiti səbəbindən 6 gündə 40 nəfər həyatını itirib. Davamlı qar yağması və soyuq hava Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölümlərə səbəb olub.

Gununsesi.info xəbər verir ki, Səhiyyə Nazirliyi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.

Meteoroloji xidmətlər, Kanada sərhədindəki Nyu-Yorkun Buffalo şəhəri ətrafına 75 santimetrdən çox qar yağdığını, nəqliyyat vasitələri ilə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib.

Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir. Uçuş trafikini izləyən “FlightAware” saytının məlumatına görə, bu gün ABŞ-da 1090 reys ləğv edilib, 4 min 221 reys gecikib.

ABŞ-da elektrik kəsilməsi statistikasını özündə əks etdirən “Poweroutages” saytında bu gün ölkənin üç ştatında qış şəraiti ilə əlaqədar 95 minə yaxın insanın işıqsız qaldığı qeyd edilib.

Gununsesi.info