“Finalda qarşılaşdığım Türkiyə idmançısı taktikama bələd idi…” - "İSLAMİADA" ÇEMPİONU - FOTO

  • By admin
  • 18 May 2017 21:40

elvin-islam

İslam Həmrəyliyi Oyunlarında rəqiblərim – iranlı, qırğızıstanlı və türkiyəli güləşçilər güclü idilər. Bu çəki dərəcəsində biz favorit sayılırdıq. Buna baxmayaraq, bütün rəqiblərimə qalib gələrək birinciliyi əldə etdim.

Gununsesi.info xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarında 75 kiloqram çəki dərəcəsində mübarizə apararaq qızıl medal əldə edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev söyləyib.

Ölkəmizdə keçirilən belə bir mötəbər yarışda qızıl medal qazanmağının sevincini bölüşən idmançı deyib:

“Finalda qarşılaşdığım Türkiyə idmançısı taktikama bələd idi. Buna görə o, aktiv mübarizədən yayınırdı. Ancaq sonda onu da məğlub etməyi bacardım. Bundan sonra digər yarışlara – ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinə və dünya çempionatına hazırlaşacağam. İnşallah, həmin yarışlarda da yüksək nəticə göstərəcəyəm”.

Qeyd edək ki, Elvin Mürsəliyev finalda Türkiyə idmançısı Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq, millimizin aktivinə 54-cü qızıl medalı yazdırıb.

Gununsei.info