Serbiyanın paytaxtı Belqradda güləş 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın daha 2 yunan-Roma güləşçisi bu gün mübarizəyə başlayıb. 67 kq-da çıxış edən Həsrət Cəfərov debütdə meksikalı Dieqo Martinesi məğlub edib.

Türkiyə güləşçisi Kadir Kamaldan da güclü olan Həsrət dünya çempionatının finalına yüksəlib.

Ülvi Qənizadə Yekunda finalın bir addımlığında Rusiya güləşçisinə minimal fərqlə məğlub olub və ümidini bürünc medala bağlayıb.

Gununsesi.info