Finlandiya Aİ-dən sursat üçün əlavə vəsait alıb

  • By ilhame
  • 15 Mart 2024 20:35

Finlandiya müdafiə sənayesini inkişaf etdirmək üçün Avropa İttifaqından (Aİ) 32,5 milyon avro dəyərində maliyyə vəsaiti alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Finlandiya müdafiə sənayesi sursat istehsalını artırmaq üçün Aİ-dən 32,5 milyon avro vəsait alıb”, – nazirlikdən bildirilib.

Finlandiya əvvəlcə Aİ-dən 24 milyon avro istəmişdi, ancaq tələb olunan məbləğdən artıq vəsait alıb.

Maliyyələşdirmə Aİ-nin Avropa ölkələri üçün Sursat İstehsalına Dəstək Aktı (ASAP) tərəfindən nəzərdə tutulmuş 500 milyon avroluq ümumi maliyyə paketindən təmin edilib.

Gununsesi.info