
Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə Finlandiyanın baş naziri Sanna Marin arasında görüş olub.
Bu barədə Gununsesi.info The Times-yə istinadən xəbər verir.
Finlandiya hökumətinin başçısı bildirib ki, Ukrayna ilə Rusiyanın arasında sülh müqaviləsi imzalanarsa , Ukrayna hazır olduqda öz şərtləri ilə sülh əldə edə bilər.
Sanna Marin onu da bildirib ki, Rusiya Ukraynaya təcavüzün əvəzini tam ödəməlidir.
“Putin bilir ki, təcavüz cinayətinə görə cavab verməli olacaq. Sizinlə və digər tərəfdaşlarımızla birlikdə Finlandiya Ukraynanın Rusiya rəhbərliyinin cəzasızlığını dayandırmaq səylərini dəstəkləyir. Gələcək məhkəmə ədaləti səmərəli şəkildə həyata keçirməli və onların qanuni tələblərinə cavab verməlidir” – Sanna bildirib.
Sanna Marin Ukrayna lideri ilə birlikdə Baxmut uğrunda döyüşlərdə həlak olan Ukrayna Qəhrəmanı Dmitri Kotsyubaylo ilə vida mərasimində iştirak edib.
Tərcümə:
Adil ELXANOĞLU
Gununsesi.info