Finlandiya NATO qərarını bu gün ELAN EDƏCƏK

  • By admin
  • 12 May 2022 12:40

Finlandiyanın bu gün NATO-ya üzv olmaq niyyətini rəsmən elan edəcəyi gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” diplomatlara və rəsmilərə istinadən yazıb.

NATO müttəfiqləri Finlandiya və İsveçin tez bir zamanda alyansa qoşulmasını gözləyirlər ki, bu da bir il davam edən ratifikasiya dövründə Şimali regionda hərbi mövcudluğun artmasına yol açır.

Ötən gün Finlandiya Prezidenti Sauli Niiniste bildirib ki, bütün baş verəcək hadisələrə görə Putin günahkar olacaq.

O, Böyük Britaniyanın baş naziri Boris Consonla keçirdiyi mətbuat konfransında “Mən cavab verərdim ki, buna sən səbəb oldun. Güzgüyə baxın” deyib.

Daha əvvəl bildirilib ki, Finlandiya və İsveç NATO-ya qoşulmaq üçün ərizələrini gələn həftədən əvvəl verə bilər. Mayın 11-də Böyük Britaniyanın baş naziri Boris Conson hər iki Skandinaviya ölkəsinə səfər edərək İsveç və Finlandiya liderləri ilə qarşılıqlı təhlükəsizlik zəmanəti imzalayıb.

“The Times”ın məlumatına görə, hər iki ölkə gələn ilin yayında alyansa qoşulmaq niyyətindədir.

Finlandiyanın Avropa məsələləri üzrə naziri Titti Tuppurainen bu yaxınlarda  bildirib ki, ölkənin NATO-ya üzv olmaq üçün müraciət etmək ehtimalı çox yüksəkdir.

Gununsesi.info