Finlandiya NATO-ya üzv olmaq qərarını RƏSMƏN ELAN ETDİ

Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq üçün müraciət edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö bildirib.

HTML tutorial

“Bu gün Prezident və Xarici və Təhlükəsizlik Siyasəti Komitəsi Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət edəcəyi barədə qərar qəbul edib” – deyə, o bildirib.

Onun sözlərinə görə, ölkə parlamentlə məsləhətləşmələrdən sonra üzvlük üçün müraciət edəcək.

Baş nazir Sanna Marin öz növbəsində bildirib ki, indi hökumət öz rəyini parlamentə təqdim edəcək. “Bizim qərarımız tarixidir. Ən əsası Finlandiyanın və vətəndaşlarımızın təhlükəsizliyidir. Bu qərar Skandinaviya ölkələrinin təhlükəsizliyini və əməkdaşlığını gücləndirir”, – Marin qeyd edib.

Mayın 16-da Finlandiyanın alyansa qoşulma qərarı respublikanın ali qanunverici orqanında müzakirə olunacaq və gözlənildiyi kimi təsdiqlənəcək.

Gununsesi.info