Finlandiya parlamenti NATO-ya üzvlüyü müzakirə edəcək

  • By admin
  • 05 Aprel 2022 19:19

Finlandiya hökuməti aprelin ortalarında NATO-ya üzvlüklə bağlı təklifi ölkə parlamentinə təqdim etmək niyyətindədir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Məlumata görə, ölkə Ukrayna böhranının kəskinləşməsindən sonra fəal şəkildə üzvlük prosesinə başlayıb.

 

“Newsweek”in məlumatına görə, mart ayında Finlandiyada NATO üzvlüyünə ictimai dəstək 60 faiz təşkil edib, bu da 2021-ci illə müqayisədə 34 faiz çoxdur.

 

Finlandiya hazırda NATO-nun üzvü olmasa da, alyansla sıx əlaqələr saxlayır. Finlandiya hərbi birləşmələri NATO-nun Əfqanıstan və Kosovodakı əməliyyatlarına kömək edir, NATO qüvvələri ilə hərbi təlimlərdə iştirak edir.

Gununsesi.info