Finlandiya “qanunsuz immiqrant axınına” qarşı Rusiya ilə sərhədini bağlamaq qərarını aprelin 14-dək uzatdığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, qaçqınlarla bağlı gərginlik səbəbindən Finlandiya 28 noyabr 2023-cü ildə Rusiya ilə bütün sərhədini müvəqqəti olaraq bağlayıb.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen paytaxt Helsinkidə keçirilən mətbuat konfransında çıxış edib.
Rusiyadan “immiqrasiya”nın Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün “ciddi təhdid” yaratdığını deyən Rantanen, Moskvanın mühacirləri Finlandiya sərhədinə doğru istiqamətləndirən “hibrid əməliyyatını” dayandırdığına dair heç bir əlamət görmədiklərini bildirib.
Rantanen bu səbəbdən Rusiya ilə sərhədin bağlanması qərarının aprelin 14-dək uzadıldığını bildirib.
Helsinkinin Moskvanın “hibrid əməliyyatı” olaraq xarakterizə etdiyi qaçqınlara görə iki ölkə arasında həftələrlə davam edən gərginlikdən sonra Finlandiya 28 noyabr 2023-cü ildə Rusiya ilə bütün sərhədini müvəqqəti olaraq bağladığını açıqlayıb.
Finlandiyanın Baş naziri Petteri Orpo ölkənin 14 dekabr 2023-cü il tarixindən etibarən Rusiya ilə şərq sərhədindəki Vaalimaa və Niirala bölgələrində iki nəzarət-buraxılış məntəqəsini açacağını açıqlayıb.
Orpo yanvarın 11-də verdiyi açıqlamada Rusiya ilə sərhədin bağlanması qərarının daha bir ay uzadılacağını qeyd edib.
Gununsesi.info