
Moskva Finlandiyanın qalan sərhəd keçid məntəqələrini bağlamaq mümkün qərarından dərin təəssüf hissi keçirir.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu, dərin təəssüfdən başqa bir şeyə səbəb deyil, çünki bizim Finlandiya ilə çoxdankı, çox yaxşı, praqmatik, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Təbii ki, biz təəssüf edirik ki, bu münasibətlər sırf rusofob mövqe ilə əvəz olundu və bu qonşu ölkənin rəhbərləri indi ona əməl etməyə başladılar. Təəssüf ki, vəziyyət belədir”, – deyə o bildirib.
Peskovun sözlərinə görə, Helsinki ilə dialoqun olmaması səbəbindən Rusiyanın bu vəziyyətə təsir göstərməsi ehtimalı azdır.
Peskov bildirib ki, Rusiya Finlandiya tərəfinin rus sərhədçilərinə qarşı ittihamlarını qəbul etmir.
“Biz bu cür ittihamları qəbul etmirik. Təbii ki, sərhəd keçidindən qanuni hüququ olan şəxslər istifadə edir. Bununla bağlı bizim sərhədçilər onların bütün rəsmi göstərişlərinə tam əməl edirlər”, – Kreml nümayəndəsi bildirib.
“İltalehti” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Finlandiya hakimiyyəti çərşənbə günü gecə Rusiya ilə bütün sərhədi bağlamağı planlaşdırır.
Gununsesi.info