Finlandiya hökuməti Rusiya ilə sərhəddəki vəziyyətin milli təhlükəsizlik məsələsi olduğunu hesab edir və lazım gələrsə, iki ölkə arasında fəaliyyət göstərən sonuncu nəzarət-buraxılış məntəqəsini (NBM) bağlamağa hazırdır.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo Helsinkidə isveçli həmkarı Ulf Kristerssonla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Lazım gələrsə, biz sonuncu NBM-i də bağlamağa hazırıq”, – o deyib.
Baş nazirin sözlərinə görə, Finlandiya hökuməti çox yaxın vaxtlarda belə bir qərar verə bilər.
Gununsesi.info