Finlandiya Rusiya ilə sərhədi açmaya bilər

  • By ilhame
  • 09 Yanvar 2024 19:21

Finlandiyanın Baş naziri Petteri Orpo ölkənin 14 yanvar bazar günü mövcud karantin rejimi başa çatdıqdan sonra Rusiya ilə sərhədi açmayacağını istisna etmir.

 

Gununsesi.info xəbər verir ki, Orpo bu haqda “Yle” portalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, ən vacibi sərhəddə sakitliyin qorunmasıdır, idarəolunmaz vəziyyət yaranmamalıdır.

 

Baş nazir qeyd edib ki, qərar qəbul etmək üçün səlahiyyətli orqanlar tərəfindən hərtərəfli qiymətləndirmə aparılacaq. Eyni zamanda, miqyasın bir tərəfində sərhəd təhlükəsizliyi və milli təhlükəsizlik, digər tərəfində isə, Finlandiyada yaşayan və sərhədin açılmasını tələb edən rusların vəziyyəti dayanır.

 

“Hökumət öz qərarlarında sərhəd təhlükəsizliyinin bizim üçün o qədər vacib məsələ olduğu qənaətinə gəlib ki, bu biz yekun həll yolu tapana qədər prioritet sahibi olub və bundan sonra da olacaq”, – Orpo bildirib.

Gununsesi.info