
Əgər siyasi situasiya imkan verərsə, Finlandiya Vladimir Putinlə Donald Trampın görüşünü təşkil etməyə hazırdır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla Finlandiyanın baş naziri Yuxa Sipliya çıxış edib:
“Biz belə bir görüşü Arktik Şuranın dövlət başçılarının sammitində təşkil etməyə hazırıq. Əgər siyasi şərait buna imkan verərsə, görüş baş tuta bilər”.
Qeyd edək ki, Finlandiyada Arktik Şuranın sammiti keçiriləcək. Bu təşkilata Şimali Avropa, Rusiya, ABŞ və Kanada daxildir. Sammitdə Tramp və Putinin də iştirakı gözlənilir.
Gununsesi.info