Finlandiya və İsveç Rusiyaya zərbə endirmək üçün onların silahlarından istifadə olunmasına icazə verib

  • By ilhame
  • 13 Sentyabr 2024 20:27

İsveç və Finlandiyanın Ukraynaya tədarük etdiyi silahların istifadə ərazisi ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiyanın MTV telekanalı Finlandiya və İsveçin xarici işlər nazirləri Elina Valtonen və Mariya Malmer Stenerqaardın bəyanatlarına istinadən məlumat yayıb.

“Yeganə məhdudiyyət silahların beynəlxalq hüquq çərçivəsində istifadə edilməsidir”, – Valtonen deyib.

Sentyabrın 10-da İsveçin xarici işlər naziri təyin edilən Stenerqaard da bu silahların Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna biləcəyini bildirib.

Gununsesi.info