Finlandiyada kritik seçki: Keçmiş baş nazir qalib gəldi

  • By admin
  • 12 Fevral 2024 08:34

Finlandiyada keçmiş baş nazir Aleksandr Stubb prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Gununsesi.info bildirir ki, bu barədə YLE xəbər agentliyi səsvermənin qeyri-rəsmi nəticələrinə istinadən məlumat yayıb.

Stubb müxalifətdəki Milli Koalisiya partiyasının namizədidir.

O, səslərin 51,6 faizini toplayıb. Onun rəqibi, keçmiş xarici işlər naziri, Yaşıl Birlik partiyasının namizədi Pekka Haavisto 48,4% səs toplayıb.

Birinci turun nəticələrinə görə, keçmiş baş nazir 27,2%, xarici işlər naziri isə 25,8% səs toplayıb.

Gununsesi.info