Finlandiyada keçirilən prezident seçkilərində keçmiş baş nazir Aleksandr Stubb irəlidə olsa da, heç bir namizəd 50 faizdən çox səs toplaya bilmədiyi üçün seçki ikinci tura keçib.
Gununsesi.info xəbər verir ki, dünən keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Qeyri-rəsmi nəticələrə görə, keçmiş baş nazir Stubb 27,2 faiz səslə yarışı öndə tamamlayıb, keçmiş xarici işlər naziri Pekka Haavisto isə 25,8 faiz səslə ikinci olub.
Namizədlər arasında parlament sədri Jussi Halla-aho 19 faiz səslə 3-cü, Finlandiya Mərkəzi Bankının rəhbəri Olli Ren isə 15,3 faiz səslə 4-cü yerdə qərarlaşıb.
Seçkilərin rəsmi nəticələrinin sabah açıqlanacağı gözlənilsə də, heç bir namizəd 50 faizdən çox səs toplamadığı üçün seçki ikinci tura keçib.
Stubb və Haavisto arasında prezident seçkilərinin ikinci turu fevralın 11-də keçiriləcək.
Gununsesi.info