
Finlandiyada prezident seçkiləri başlayıb.
Gununsesi.info xəbər verir ki, Respublika Ədliyyə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 09:00-da ölkə üzrə 900-dən çox seçki məntəqəsi açılıb.
Sakinlər saat 20:00-a qədər səsvermədə iştirak edə biləcəklər. Seçki məntəqələri bağlandıqdan dərhal sonra Finlandiya Ədliyyə Nazirliyi seçkilərin ilk nəticələrini dərc edəcək.
18 yaşdan yuxarı vətəndaşlar səs verə biləcəklər.
Gununsesi.info