Finlandiyada prezident seçkisinin 2-ci turu keçirilir

  • By ilhame
  • 11 Fevral 2024 15:56

Finlandiyada prezident seçkisinin ikinci turu keçirilir.

 

Respublika Ədliyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə 900-dən çox seçki məntəqəsi fəaliyyət göstərir.

 

Məntəqələr yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq. Bundan dərhal sonra nazirlik ilk nəticələri dərc edəcək.

 

Xatırladaq ki, ilk tur zamanı (31 yanvar – 6 fevral) seçici fəallığı rekord həddə olub və 44,5% təşkil edib.

 

İkinci tura iki namizəd keçib: Deputat və keçmiş xarici işlər naziri Pekka Haavisto və keçmiş baş nazir Aleksander Stubb. Bütün rəy sorğularının nəticələrinə görə, Stubb aşkar favoritdir. Yeni prezidentin andiçmə mərasimi martın 1-də baş tutacaq.

Gununsesi.info