Finlandiyada qida kombinatı yanıb

  • By admin
  • 11 Noyabr 2017 08:35

Gununsesi.info xəbər verir ki, Finlandiyanın Rantsila yaşayış məntəqəsində qida kombinatında güclü yanğın baş verib. Bu barədə Oulu şəhərinin Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, 5 nəfər yüngül xəsarətlər alıb. Yanğının söndürülməsinə 50 yanğınsöndürən və çoxlu sayda texnika cəlb olunub.

FHM sakinlərdən pəncərələri açmamağı, ventilyasiyanı bağlamağı tələb edib.

Gununsesi.info