Finlandiya hazırda NATO-ya daxil olmaq niyyətində deyil.
Gununsesi.info Finladiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə cümə günü ölkənin xarici işlər naziri Pekka Haavisto bəyan edib.
“Finlandiya NATO ilə bu təşkilata daxil olmanı müzakirə etmir və Finlandiyanın gələcək üçün belə layihəsi yoxdur. Finlandiyanın təhlükəsizlik siyasəti dəyişməz olaraq qalır”, – deyə Haavisto Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Fransada keçirilən görüşündən sonra telekonfransda jurnalistlərə bildirib.
Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi Şərqi Avropada gərginliyin artması fonunda başa çatmaqda olan həftədə müzakirələrin predmetinə çevrilib. Lakin iki ölkənin rəhbərliyi bu ideyanı dəstəkləməyiblər. Buna baxmayaraq, hər iki ölkə NATO ilə kifayət qədər sıx əlaqələrə malikdir.
Finlandiya əsasən NATO ilə 1994-cü ildən əməkdaşlıq edir. Ölkə, həmçinin 2014-cü ildən başlayaraq, geniş imkanlara malik dərin tərəfdaşlıq münasibətlərindən faydalanır.
Gununsesi.info