Finlandiyadan Rusiyaya ittiham: Mühacirləri bizə göndərmə

Finlandiya Rusiyanı bu ölkəyə qeyri-qanuni mühacirləri zorla göndərməkdə ittiham edib.

Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, Finlandiyanın cənub-şərq sərhəd zastavasının rəisi Jouko Kinnuen yerli mətbuata açıqlamasında bildirib ki, Rusiya hakimiyyəti fəal və sistemli şəkildə sərhəd bölgəsinə qeyri-qanuni mühacirləri gətirir və onları Finlandiyaya keçməyə məcbur edir.

Kinnunen Rusiya səlahiyyətlilərinin sərhəd qapılarını açaraq insanları Finlandiya tərəfə itələdiyini, daha sonra isə sərhəd qapılarını bağladığını, bu insanların geri qayıtmasını qeyri-mümkün etdiyini ifadə edərək, bir çox immiqrantın öz iradələri olmadan Finlandiyaya keçmək məcburiyyətində qaldığını bildirib.

Noyabrın 16-da Finlandiya sərhəd bölgəsinə qeyri-qanuni immiqrantları gətirdiklərini əsas gətirərək Rusiya ilə dörd sərhəd qapısını bağlayacağını açıqlayıb. Bunun üzərinə minlərlə immiqrant sərhəd bölgəsində gözləməyə başlayıb.

Gununsesi.info