Finlandiyanın yeni təyin olunmuş maliyyə naziri Katri Kulmuni “İnstagram”da yerləşdirdiyi sorğuya görə üzr istəməli olub.
Gununsesi.org xəbər verir ki, O, Suriyada olan finlandiyalı qaçqınların geri qaytarılması ilə bağlı izləyicilərinin fikirlərini bilmək üçün bu variantdan istifadə etmək istəyirmiş.
Sorğusunda izləyicilərinə səslənən maliyyə naziri İŞİD düşərgəsində olan qadınlardan və uşaqlardan ibarət finlərin hansı səbəbdən geri qaytarılması gərəkdiyini soruşub. Respondentlər iki variantda cavab verə bilərdilər: “ancaq uşaqlar qayıtsın”, “analar və uşaqlar qayıtsın”.
Ancaq vətəndaşların və həmkarlarının ciddi tənqidindən sonra nazir “Twitter” hesabı vasitəsilə izləyicilərindən üzr istəyib və sorğunu silib.
“Mən sorğuya görə üzr istəyirəm və paylaşımı sildim. “Al-Xol” kürd düşərgəsində təxminən 10 qadın və 30 uşaq finlandiyalı var. Bir neçə qərb dövləti öz uşaqlarını “Al-Xol”dan və Suriyanın şimalındakı digər düşərgələrdən geri qaytarıb. Bunlar cihadçıların uşaqlarıdır. Hansı ki, onların ailələri vətəndaş müharibəsi zamanı ölüb, yaralanıb və ya itkin düşüblər. Siyasətçilər bu məsələ ilə bağlı çalışırlar. Onların bir çoxu başa düşürlər ki, körpə uşaqlar müharibənin qurbanı olublar”, – deyə Katri Kulmuni bildirib.
Qeyd edək ki, Finlandiyada bu vətəndaşların ölkəyə dönüşünə ən çox parlamentdəki millətçilər etiraz edirlər.
Gununsesi.org