Finlandiyanın keçmiş prezidenti Tarya Halonen Helsinkidə xəstəxanaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, Halonen xərəkdə, təcili yardım avtomobil ilə xəstəxanaya aparılıb.
Keçmiş prezidentin sözçüsü Sari Kuusima “Seiska” nəşrinə faktı təsdiq edib:
“Məlumatınızı təsdiq edirəm, Tarya Halonen mədə xəstəliyinə görə xəstəxanaya aparılıb”. 80 yaşlı Halonen 2000-2012-ci illərdə Finlandiyanın 11-ci prezidenti olub.
Gununsesi.info