Fırıldaqçılıqla bazara girən şirkət niyə cəzasız qalıb? - VİDEO

  • By admin
  • 07 İyun 2023 20:21

Azərbaycanda istehlakçıların hüquqları haqqında qanunvericilik aktları olsa da ancaq inzibati nəzarətin yoxluğu bir sıra şirkətlər üçün sui-istifadə hallarına yol açıb.

Gununsesi.info-ya təqdim olunan bir faktda bunun şahidi olmaq mümkündür.

Belə ki, redaksiyamıza təqdim olunan faktda steril bint istehsalı ilə məşğul olan “Fərah” MMC-nin istehlakçıları necə aldatmasından bəhs edilir.

Gigyenik tibbi sarğı bezi istehsal edən bu şirkət istehsal etdiyi bintlərin və digər sarğı materiallarının ölçüsünün qablaşdırmada yazılandan əskik edib.

Belə ki, qablaşdırmada steril bintin 7 metr 14 sm ölçüsündə olduğu yazılsa da ancaq apteklərdən bu binti alanlar əksinin şahidi olub.

Üzərində uzunluğu 7 metr yazılan bintin real ölçüsü xeyli əskikdir.

Ölkə bazarında bu şirkətin məhsullarının çox olduğunu nəzərə alsaq bu  o zaman minlərlə insanın aldadıldığı deməkdir.

“Fərah” MMC bununla həm də rəqabət qaydalarını pozmuş olub.

Çünki, digər şirkətlərin məhsulları ilə müqayisədə həmin malları 0.2 manat ucuz təklif edən şirkət bazarı götürə bilib.

İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xİdmətinin bunu görməməsi isə inandırıcı deyil.

Mövzuya qayıdacağıq.

Elmar Elnuroğlu

Gununsesi.info