“Fitch” neft qiymətlərinə dair yeni proqnozunu açıqlandı

  • By admin
  • 05 Aprel 2021 23:18

“Brent” markalı neftin qiyməti 50-60 ABŞ dolları ətrafında dəyişəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Fitch”in təbii ehtiyatlar və xammal qrupunun rəhbəri Dmitriy Marinçenko “TASS”a “qara qızıl”ın 5 faiz ucuzlaşması şərh edərkən bildirib.

Onun sözlərinə görə neftin kəskin dəyərdən düşməsini gözləmək lazım deyil. Belə ki, neft bazarında hələ də qıtlıq mövcuddur.

““Brent” markalı neftin qiymətinin düzəliş nəticəsində 50-60 ABŞ dolları aralığında dəyişəcəyi istisna edilmir. Bu qiymət Rusiya da daxil olmaqla əksər neft istehsalçıları üçün məqbuldur”.

Gununsesi.info