“Fitch” neft qiymətlərinə dair proqnozunu yenilədi

  • By admin
  • 08 Dekabr 2021 22:41

“Fitch Ratings” beynəlxalq agentliyi yaxın dövr üçün neft qiymətlərinə dair proqnozunu artırıb.

Gununsesi.info xəbər verir ki, agentliyin dekabr ayına aid proqnoz hesabatına görə “Brent” markalı neftin 2021-ci ildəki orta qiyməti sentyabr proqnozundakı 63 ABŞ dollarına qarşı 71 ABŞ dolları, 2022-ci ildə 55 ABŞ dollarına qarşı 70 ABŞ dolları, 2023-cü ildə isə 53 ABŞ dollarına qarşı 60 ABŞ dolları nəzərdə tutulub.

Ötən il 43,3 ABŞ dolları təşkil edən neftin orta qiyməti 2016-2020-ci illər ərzində 55,8 ABŞ dolları səviyyəsində olub.

Gununsesi.info