“Fitch”dən Rusiyaya qarşı ADDIM: Aprelin 15-dək...

  • By admin
  • 24 Mart 2022 12:17

“Fitch” beynəlxalq reytinq agentliyi indiyə qədər Rusiyanın kommersiya qurumlarına verdiyi reytinqləri geri çağıracaq.

Gununsesi.info xəbər verir ki, agentliyin yaydığı məlumata görə, bu addımın aprelin 15-nə qədər atılması nəzərdə tutulur.

Xatırladaq ki, “Fitch” martın 7-dən Rusiyada fəaliyyətini dayandırıb. Agentlik bir qədər əvvəl bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi 1-ci də daxil olmaqla MDB ölkələrinin iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Gununsesi.info