Fizika üzrə Nobel mükafatçıları bəlli oldu

  • By admin
  • 04 Oktyabr 2016 14:22

 

nobel

İsveç Kral Akademiyası yanında Fizika üzrə Nobel Komitəsi 2016-ci il üzrə mükafatçıların adlarını açıqlayıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  bu sahə üzrə mükafata Dankan Holdeyn, Maykl Kosterlits və Devid Taule layiq görülüblər. Belə ki,  bu il mükafatçılara  veriləcək mükafatın məbləği 8 milyon İsveç kronudur (931 min dollar).

Mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək.

 

Gülnaz Qənbərli

Gununsesi.info