Fiziki qüsurlu şəxs döyülərək bıçaqlandı

  • By admin
  • 08 Avqust 2017 08:40

etryuyu_68678

Bakıda fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Nəsimi rayonu İmran Qasımov küçəsində qeydə alınıb. 44 yaşlı Abasov Kamran Nazim oğluna tanımadığı 2 nəfər yaxınlaşıb. Həmin şəxslər Kamrandan ilk öncə siqaret istəslər də, daha sonra onu naməlum səbəbdən döyməyə başlayıblar. Ona bıçaqla xəsarət də yetiriblər. Sonra hadisə yerindən qaçıblar.

Yaralıya 1 saylı şəhər xəstəxanasında tibbi yardım olunub, vəziyyəti stabildir.
Faktla bağlı Nəsimi rayon polis idarəinə məlumat verilib.

Gununsesi.info