Flora Kərimova da saxta həkimlərdən danışdı - Video

Son günlər Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın tibb təhsili olmayan bəzi estetik cərrahlarla bağlı iddiası gündəmdədir.

Gununsesi.info  xəbər verir ki, jurnalist bir çox həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla özlərini uzman, peşekar ixtisaslı həkim kimi təqdim edərək çoxsaylı insanlara ciddi zərərlər yetirdiyini bildirib.

Jurnalistin bu ifşası isə cəmiyyətdə böyük rezonansa səbəb olub.

Bu cür durumlarla üzləşən şəxslərdən biri də Azərbaycanın Xalq artisti Flora Kərimovadır.

Xalq artisti Qənirə Ataşovanın bu, araşdırmasını yüksək qiymətləndirərək ona öz təşəkkürünü bildirib.

 

Şəbnəm

Gununsesi.info