Xalq artisti Flora Kərimova “Zaurla Günaydın” verilişinin qonağı olub.
Gununsesi.org-un məlumatına görə, saç düzümünü dəyişən müğənni yeni görünüşünə öyrəşə bilmədiyinid eyib:
“Adama oxşamıram. Öyrəşə bilmirəm bu saçlara. İnsanlar bəyənməsə, gedib yenidən rəngləyəcəm”.
Kərimova daha sonra plastik əməliyyata getmək istədiyini deyib:
“Efirdə baxıram, elə gözəl dodaqlar görürəm ki… Yuxuda görmüşəm, qurbanolduğum dedi ki, səni belə yaratmamışam. Beynimə düşür, gedib əməliyyat etdirəcəm”.
Müğənni daha sonra zarafat etdiyini söyləyib.