Flora Kərimovadan da deputata sərt təpki gəldi: "BU, MƏNƏVİ AXSAQLIQDIR"

  • By admin
  • 28 Dekabr 2016 17:25

flora

“Təbii ki, bu, xoşəgələn bir hadisə deyil”. 

Gununsesi.info xəbər verir ki, bunu əslən qarabağlı olan ünlü sənətçi, Xalq artisti Flora Kərimova deputat Astan Şahverdiyevin məlum fikirlərinə münasibətini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, bu ölkədə ikiüzlülüyün, yaltaqlığın kökü kəsilməsə,mənəviyyatımız axsayacaq.

Bu baxımdan, Xalq artisti hesab edir ki, kimliyindən asılı olmayaraq bu cür fikirlərin səsləndirilməsi birmənalı yolverilməzdir.

Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcburi köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb.
Görüşdən sonra “Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda, eləcə də Rusiyaya işləməyə gedən bəzi azərbaycanlılar barədə danışarkən xoşagəlməz ifadələr işlətmişdi.

Gununsesi.info