Flora Kərimova Prezident təqaüdünü qazilərə bağışladı

  • By admin
  • 06 Sentyabr 2021 11:07

“Bu barədə heç nə deyə bilmərəm, danışdığımı əməlimlə sübut elədim. Qazilərin bunu necə qarşılaşdığını bilmədim, mən soruşmuram. Bunu edəndə ürəyimin səsini eşidirəm”.

Bu sözləri Xalq artisti Flora Kərimova Publika.az-a ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölməsi haqqında danışarkən deyib.

“Digər məşhurların sizin bu addımınızdan örnək alacaqmı” sualına sənətkar belə cavab verib:

“Toy və konsertlər yoxdur, sənətçilər nə qazanır ki, nə də yardım etsin. Öz ailələrini dolandırsalar böyük işdir, cəmiyyət qarşısında öz borcunu yerinə yetirmiş olurlar. Mənim imkanım var idi, hakimiyyət məni saydı, mən də millətimin qazi və şəhid ailələrinə dəstək oldum”.

Gununsesi.info