
ABŞ-nin Florida ştatının Tampa şəhərinin küçəsində Hellouin şənliyi zamanı iki qruplaşma arasında dava silahlı qarşıdurmaya çevrilərək 2 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib.
Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, insident xeyli sayda bar və gecə klublarının yerləşdiyi küçədə baş verib. Polis açıqlayıb ki, hadisədə azı iki atıcı iştirak edib ki, onlardan biri artıq təslim olub.
Polis hadisənin səbəblərini araşdırır.
Gununsesi.info