FNH sözçüsündən əhaliyə ÇAĞIRIŞ: Bu səfərlərdən çəkinin!

  • By admin
  • 27 Dekabr 2021 11:44

Bu gün ən vacib məsələlərdən biri də minatəmizləmə əməliyyatları zamanı əhalinin maarifləndirilməsidir.

Gununsesi.info xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda jurnalistlər üçün keçirilən seminar zamanı deyib.

O bildirib ki, mina təhlükəsi və əhalinin bu mövzuda maarifləndirilməsində medianın böyük rolu var: “Minanın nə olduğunu, eyni zamanda partlamamış sursatların insana hansı zərəri verdiyini jurnalistlər üçün bu gün baş tutan seminarda aydınlaşdıracağıq”.

G.Mehdiyeva qeyd edib ki, bərpa və quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunan və təmizlənmiş yollardan istifa etməyə çağırırıq: “Təbii ki, qeyri-qanuni yollarla da işğaldan azad olunan ərazilərə keçən və keçmək istəyərkən saxlanılan vətəndaşlarımız da az deyil. Bir daha xahiş edirik ki, həmin şəxslər bu cür səfərlərdən çəkinsinlər və qanunsuz yollarla ərazilərə keçməsinlər”.

Gununsesi.info