“Forbes” ən çox gəlir gətirən ulduzların reytinqini tərtib edib – FOTOLAR

  • By admin
  • 15 Dekabr 2016 17:45

vequotforbesvequot-jurnali-muflis-olan-azerbaycanlidan-yazdi

Nüfuzlu “Forbes” jurnalı Hollivudun son bir ildə ən çox gəlir gətirən ulduz aktyor və aktrisalarının reytinq siyahısını tərtib edib.

Gununsesi.info Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, siyahıya Kris Evans hər bir dollar kino istehsalçılarına orta hesabla 135,80 dollar qazandırıb. Jurnalın mütəxəssisləri reytinqi tərtib etmək üçün ümumilikdə 10 aktyor və aktirsanın göstəricilərini nəzərdən keçirib. Onlar məşhur aktyorların son bir ildə çəkildikləri filmlərdən əldə olunan gəlir və qonorara əsasən bu nəticəyə gəliblər.

unnamed-5

Reytinq siyahısının ikinci pilləsində aktyor Kris Prett qərarlaşıb. O, hər bir dollar kino istehsalçılarına orta hesabla 125,40 dollar qazandırıb.

Siyahıda üçüncü pilləni tamaşaçılara yaxşı məlum olan aktirisa Skarlett Yoxansson tutub. O, hər bir dollar kino istehsalçılarına orta hesabla 88,60 dollar qazandırıb.

unnamed-6

Liderlərin ilk onluğunu isə 49,50 dollarla Mila Kunis, 32 dollarla Vin Dizel, 27,80 dollarla Djennifer Eniston, 20,10 dollarla Ben Afflek,18,40 dollarla Robert Dauni, 17,70 dollarla Djennifer Lourens və 17,70 dollarla Mett Deymone tamamlayırlar.

unnamed-7

Anar

Gununsesi.info