
“Forbes” jurnalı bu il dünyanın ən çox qazanan 25 supermodelinin illik reytinqini dərc edib.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, model Gisele Bündchen 30.5 milyon dollarla siyahının ilk pilləsinə başçılıq edir. Siyahıda Giseledən sonra digər braziliyalı model Adriana Lima gəlir. Məşhur modelin bu ilki qazancı 10 milyon yarımdır. Üçüncü və dördüncü yerləri 10 milyon dollarla Karli Kloss və Kendall Jenner tutub.
Bu ilin “Forbes” reytinqinə həmçinin Rozi Hantinqton, Gigi Hədid, Cara Delevingne, Candice Swanepoel, Liu Wen, Miranda Kerr, Lara Stone, Natalia Vodianova, Kate Moss, Alessandra Ambrosio, Doutzen Kroes, Joan Smalls, Lily Aldridge, Jasmine Tookes, Taylor Hill, Barbara Palvin düşüblər.
Anar
Gununsesi.info