“Forbes” ilin ən çox qazanan qadın müğənnisinin adını açıqladı

  • By admin
  • 21 Noyabr 2017 09:00

“Forbes” jurnalı 2017-ci ilin ən çox qazanan qadın müğənlilərinin reytinqini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, reytinq siyahısına Beyons başçılıq edir. Onun 2017-ci ildə gəliri 105 milyon dollar təşkil edib.

İkinci 29 yaşlı britaniyalı müğənni Adel olub. Onun gəliri 69 milyondur. Üçüncü pillədə isə 44 milyon dollar gəlirlə Teylor Svift qərarlaşıb.

Həmçinin, ilk onluğa Selin Dion (42 mln.), Ceniffer Lopes (38mln.), Dolli Parton (37 mln.), Rihanna (36 mln), Britni Spirs (34 mln.) və Barbara Streyzend (30 mln.) daxil olublar.

Gununsesi.info