Forbes Putini dünyanın ən nüfuzli insanı titulundan məhrum etdi

  • By admin
  • 09 May 2018 10:03

Rusiya prezidenti Vladimir Putin son beş il ərzində ilk dəfə olaraq “Forbes”un dünyanın ən nüfuzlu insanlarının reytinqində liderliyini əldən verib.

Bu bu barədə “Lenta.ru” məlumat yayıb.

 Məlumata görə, nəşrin reytinq cədvəlində birinci yerə Çinin dövlət başçısı Si Cinpin qalxıb.

Siyahını hazırlayan analitiklər, bunu Si Cinpinin başqa liderlərlə müqayisədə hakimiyyətini daha yaxşı möhkəmləndirməsi ilə əsaslandırır.

“O, Çində Mao Tzedunun dövründən bəri görülməmiş şəxsiyyətə pərəstişdən bəhrələnir”, – deyə jurnalda qeyd olunur.

Vladimir Putin siyahıda ikinci yerə düşüb, ABŞ prezidenti Donald Tramp isə ilk üçlüyü tamamlayır.