

Ford avtomobil şirkəti tam avtomat proqramla idarə olunan sürücüsüz, sükansız və pedalsız maşın istehsal edəcək.
Gununsesi.info RG-yə istinadən xəbər verir ki, Amerikanın “Ford” şirkəti özüidarəolunan avtomobillərin istehsalına yaxın beş ildə başlayacaq. İlk olaraq karqo və taksi maşınlarin istehsalı nəzərdə tutulur. Bununla da sürücülərə ödənilən xərci azaltmaq mümkün olacaq. Bu məqsədlə yaxın zamanlarda 30-dək Fusion Hybrid maşınları ABŞ yollarında testdən keçəcək.
Gununsesi.info