“Formula-1” Azərbaycan Qran-Prisi ərəfəsində “İlkin Tibbi yardım”

  • By admin
  • 13 İyun 2017 16:48

13

İyunun 23-dən 25-dək Bakının mərkəzi küçələrində baş tutacaq “Formula-1” Azərbaycan Qran-Prisi ərəfəsində tamaşaçılara ilkin tibbi yardımın göstərilməsində iştirak edəcək Azərbaycan Tibb Universitetinin 150-dən çox könüllüsünə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Təlim mərkəzi tərəfindən “İlkin Tibbi yardım” mövzusunda nəzəri və praktiki təlim keçirilib.

Səhiyyə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, təlim Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş tutub.

Təlimdə ilkin müayinə, ürək masajı, süni tənəffüs, qanaxmanın idarə olunması, sarğıların qoyulması, yanıqların ilkin müalicəsi kimi bır sıra mövzular barədə məlumat verilib. İştirakçılar ilkin tibbi yardımın göstərilməsinə dair praktiki məşğələlərə cəlb olunublar.

Anar

Gununsesi.info