“Formula 1”: Hemilton Macarıstan Qran-prisində də fərqləndi

  • By admin
  • 17 İyul 2020 15:10

“Formula 1” üzrə Macarıstan Qran-prisinə start verilib. 

Gununsesi.org-un məlumatına görə, artıq ilk sınaq yürüşü başa çatıb. Ən yaxşı nəticəni “Mercedes”in pilotu Lüis Hemilton göstərib – 1 dəqiqə 16,003 saniyə.

Hemiltondan 0,086 saniyə geri qalan komanda yoldaşı Valtteri Bottas ikinci olub. 0,527 gec nəticə göstərən “Racing Point”in sürücüsü Serxio Peres üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Macarıstan Qran-prisinə iyulun 19-da yekun vurulacaq. “Formula 1″də ilk iki mərhələdən sonra Bottas 43 xalla birinci, Hemilton 37 xalla ikinci, “Mclaren” pilotu Lando Norris 26 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar Kubokunda isə “Mercedes” komandası 80 xalla liderdir. “McLaren” 39 xalla ikinci, “Racing Point” 22 xalla üçüncüdür.

 

 

Gununsesi.org