
Bu gün “Qarabağ”ın axşam məşqində sürpriz qonaq iştirak edib.
Gununsesi.info-nun xəbərinə görə, paytaxtda səfərdə olan F1 Azərbaycan Qran-Prisinin sonuncu qalibi, “Red Bull”un pilotu Daniel Rikkardo komandanın qonağı olub.
Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən adı yazılan forma hədiyyə olunub. D.Rikkardo isə özünə məxsus ayaqqabıları imzalayaraq baş məşqçiyə təqdim edib.
Daha sonra futbolçularla söhbət edən pilot bir neçə dəqiqə komanda ilə birlikdə məşqdə də iştirak edib.
Gununsesi.info