“Formula 1”: İspaniya Qran-Prisinin qalibi bəlli oldu

  • By admin
  • 09 May 2021 19:13

“Formula 1” üzrə İspaniya Qran-Prisi başa çatıb.

Gununsesi.info xəbər verir ki, “Mercedes” komandasının əsas pilotu Luis Hamilton yarışın qalibi olub.

Britaniyalı sürücü finiş xəttini hamıdan tez keçərək ümumi yarış cədvəlindəki liderliyini daha da möhkəmləndirib.

“Barselona-Kataloniya” avtodromunda baş tutan mərhələdə “Red Bull”un heyətində 100-cü yarışını keçirən Maks Ferstappen ikinci olub.

Üçüncü pillədə isə onun komanda yoldaşı Valtteri Bottas qərarlaşıb.

Qeyd edək ki, “Formula 1”in növbəti mərhələsi 20-23 mayda Monakoda təşkil olunacaq.

Gununsesi.info