“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 22-ci mərhələsinin – Las-Veqas Qran prisinin qalibi olub.
Gununsesi.info-nun məlumatına görə, ikinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub.
İlk “üçlüy”ü “Red Bull”un digər sürücüsü Serxio Peres qapayıb.
Beləliklə, üçqat dünya çempionu Ferstappen cari mövsüm 18-ci, ümumilikdə isə 53-cü qələbəsini qazanıb.
Gununsesi.info