“Formula-1” pilotu koronavirusa yoluxdu

  • By admin
  • 31 İyul 2020 10:06

“Formula-1” yarışlarında iştirak edən “Racing Point” komandasının pilotu Serxio Peres koronavirusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

S.Peres əvvəlcə nəzərdə tutulmuş mətbuat konfransına qatılmayıb.

Buna səbəb onun COVID-19 testinin şübhəli nəticə verməsi olub.

Növbəti test isə müsbət nəticə göstərib.

Gununsesi.info