“Formula-1” sabiq rəhbərinin irqçi fikirlərini tənqid etdi

  • By admin
  • 27 İyun 2020 11:26

“Formula-1”in sabiq rəhbəri Berni Eklstounun fikirləri ictimaiyyətdə qıcıq yaradıb.

Gununsesi.org xəbər verir ki, onun “əksər hallarda qaradərili insanlar ağdərililərdən daha irqçi olur” deməsi birmənalı qarşılanmayıb.

“Formula-1” bununla bağlı dərhal bəyanat yayaraq, Berni Eklstounun fikirləri ilə razılaşmadığını və onun 2017-ci ildən qurumdan ayrıldığını, fəxri prezidentlik müddətinin isə bu ilin yanvarında başa çatdığını bildirib.

Yeri gəlmişkən, “Formula-1” üzrə britaniyalı qaradərili dünya çempionu Lyuis Hamilton 89 yaşlı Berni Eklstounun fikirlərindən şoka düşdüyünü açıqlayıb:

“Mən onun sözlərini eşidəndə çox təəccübləndim. Bunu ciddi deyirsə, çox məyusam. Heç vaxt düşünməzdim ki, o, belə fikirləşə bilər”.

Gununsesi.org