Formula 1 üzrə Azərbaycan Qran-prisinin başlama VAXTI

  • By admin
  • 12 Fevral 2022 10:40

2022-ci il Formula 1 üzrə Azərbaycan Qran-prisi iyunun 12-də saat 15:00-da başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yayımladığı yarış proqramında bildirilir.

Azərbaycan Qran-prisi bu il iyunun 10-12-də keçiriləcək. İyunun 10-da saat 15:00 və 18:00-da iki sərbəst yürüş mərhələsi baş tutacaq. Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, 18:00-da təsnifat mərhələsi olacaq.

Qeyd edək ki, Formula 1-in builki mövsümü rekorda sayda, 23 mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayacaq, noyabrın 20-də Əbu-Dabi Qran-prisi ilə başa çatacaq.

Gununsesi.info