“Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi məlum oldu

  • By admin
  • 29 Aprel 2018 23:10

Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışı başa çatıb.

Musavat.com xəbər verir ki, yarış boyu birinciliyi qoruyub saxlayan Valtteri Bottas -( “Mercedes” komandası) sona yaxın qəza edərək, yarışdan kənarda qalıb. Gərgin mübarizənin nəticəsində ümumilikdə 7 pilot yarışı erkən tərk etməli olub. Sonda isə Hamilton birinciliyi əldə etməyi bacarıb. Beləliklə də Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışında (Mercedes komandası )Luis Hamilton birinci, Kimi Raykonnen, (“Ferrari”) ikinci, Serxio Peres (“Force India”) üçüncü olub.

Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən “Formula 1” Avropa Qran-prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə “Formula 1” Azərbaycan Qran-prisi “Red Bull”un avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə yekunlaşıb.

Gununsesi.info