“Formula-1″də son gün: qalib müəyyənləşəcək

  • By admin
  • 06 İyun 2021 10:11

Formula 1 Azərbaycan Qran Prisinin sonuncu günüdür.

Gununsesi.info xəbər verir ki, bu gün Formula-1 üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.

Qeyd edək ki, bu gün çempionat FIA Formula 2 yarışı ilə başlanılacaq, ardınca isə F1 pilotlarının təqdimatı keçiriləcək. Günün ikinci yarısı isə əsas F1 yarışına start veriləcək.

Əsas yarışa start verilməzdən əvvəl Azərbaycan Dövlət Himni səsləndiriləcək. Ondan sonra, saat 16:00-18:00 ərzində Formula 1 Azərbaycan Qran Prisi 2021 baş tutacaq və qalib müəyyən ediləcək.

Gununsesi.info